Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMAbackend

Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilən məlumatlara əsasən, ötən il 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Hokm.az xəbər verir ki, sözügedən məktəbin direktoru Zəkay Şayev “Unikal”a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Bizim məktəb əvvəl “Xabad-Or-Avner” adlı özəl yəhudi məktəbi olub. Ötən il təhsil nazirinin əmri ilə, 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən “Xabad-Or-Avner” məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.

Ötən il bizim cəmi 5 məzunumuz olub. Onlardan 3-ü ölkə daxilində, qalan 2-si isə Moskvada yerləşən ali təhsil müəssisələrinə qəbul olunublar”, – deyə o bildirib.

  •  (1)
  •  (1)