Həbs edilən qazi azadlığa buraxıldıbackend

Həbs edilən qazi azadlığa buraxıldı

“Bəzi kütləvi informasiya vasitələrində Vətən müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb”.

Bu barədə Hokm.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Bununla əlaqədar bildirilir ki, cinayət işinin istintaqı zamanı toplanan kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı Hərbi Məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir”, Mətbuat xidmətindən bildirilib.

  •  (2)
  •  (1)