Həbs edilən icra başçısının səlahiyyətləri bu şəxsə həvalə edildi – FOTObackend

Həbs edilən icra başçısının səlahiyyətləri bu şəxsə həvalə edildi – FOTO

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətləri müvəqqəti olaraq Fəxrəddin Vəliyevə həvalə edilib.

Hokm.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, F.Vəliyev Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri və rayon İcra Hakimiyyəti başçısının Sosial İqtisadi Məsələlər üzrə müavini vəzifəsini icra edir.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov korrupsiya faktlarına görə həbs edilib.

 

  •  (0)
  •  (0)