Bu gün həbs edilən Ağstafanın icra başçısı Nizaməddin Quliyevlə bağlı sensasion video yayılıb.
Bununla bağlı Goranboy rayon sakini video müraciət yayımlayıb.
Hokm.az Oxu24.com-a istinadən xəbər verir ki, Qadın müraciətində Nizaməddin Quliyevin Goranboyda icra başçısı olduğu dövrdə etdiyi özbaşnalıqdan, əhalini incitməsindən danışıb. Qadın müraciətində bildirib ki, Nizaməddin Quliyevin qardaşı Rusiya vətəndaşıdır. Buna baxmayaraq o Goranboya gətirilərək burada insanları nəzarətdə saxlamaq üçün istifadə olunurmuş. Qadın bildirib ki, icra başçısının Goranboyda saysız-hesabsız villası var.
















