Həbib Nurmaqomedovun ən böyük rəqibi hesab olunan Toni Ferqyuson Həbibi, onun “Tiramisu” şirniyyatını sevdiyinə görə ələ salıb.
Hokm.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Ferqyuson bu barədə öz Twitter hesabında paylaşım edib.
Paylaşılan videonun bir hissəsində, Həbib xalçanın üzərində oturub. Onun ətrafında isə bir neçə “tiramisu” var. Bu paylaşımın altında Ferqyuson Həbibə “Ya qoru, ya da azad et” yazıb. Toninin bu qeyddə “titul”u nəzərdə tutduğu bildirilib.
Həbibin növbəti rəqibinin Toni olması gözlənilir.
Xatırladaq ki, Toniylə Həbibin döyüşü artıq 4 dəfə təxirə salınıb. Buna səbəb isə Həbibin, çəkisi ilə mübarizə aparması olub. Məhz bu səbəbdən, 2017-ci ildən bu yana Toni, Həbibin “Tiramisu” sevgisini zarafata çevirib.
















