Havalimanında qalan vətəndaşlarımız ölkə başçısına müraciət etdilər – VİDEObackend

Havalimanında qalan vətəndaşlarımız ölkə başçısına müraciət etdilər – VİDEO

İstanbul Baş Konsulluğu və AZAL nümayəndələrindən heç kəsin olmadığı İstanbul Havalimanında 24 saatdan çox gözləyən və əksəriyyəti tələbələrdən ibarət yüzlərlə Azərbaycan vətəndaşı ölkə başçısına və vitse prezidentə video müraciət ediblər.

Hokm.az -a verilən məlumata görə AZAL nümayəndəliyi ofisinin bağlı olması, digər səlahiyyətli şəxslərin “sizin uçuşunuzla bağlı bizə göstəriş verilməyib” deməsi Azərbaycan vətəndaşlarını ölkəyə olan inamını sarsıtmaqdadır. Bəlkə də elə AZTV dilindən desək “onların ölkəyə qayıtması Azərbaycan səhiyyəsi üçün həqiqətən də yük olacaq”. Öz vətəndaşını koordinasiya edə bilməyib ölkəyə qaytarmayan AZAL və Başkonsolluq gələcəkdə Universiteti bitirib ixtisaslı kadrların ölkəyə qayıdıb, Azərbaycan üçün çalışmasına necə stimul verəcək? Nə isə ki bunlara baxmayaraq Azərbaycan vətəndaşları son ümidləri olan Cənab Prezident və Vitse Prezidentimizə müraciətlərinin cavabsız qalmayacağını və tez bir zamanda vətənə dönəcəklərinə ümid edirlər.

Son olaraq bildiririk ki, hal-hazırda Havalimanında dezinfeksiya işləri aparıldığı tələbələri çölə çıxardırlar. Xanımların üstünlük təşkil etdiyi tələbələrimizin qalacaq yerləri olmadığı üçün yardım etmək istəyənlərə telefon nömrələrini  paylaşırıq: +905387396446

+905374785095

+905464932423

+905526803080

 

Hokm.az

  •  (0)
  •  (0)