Hava nə vaxt düzələcək? – Umayra Tağıyeva açıqladıbackend

Hava nə vaxt düzələcək? – Umayra Tağıyeva açıqladı

Azərbaycanda qeyri-sabit hava şəraitinin stabilləşəcəyi vaxt açıqlanıb.

Hokm.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində yağış müşahidə ediləcək:

“Axşama doğru həm külək, həm də yağışın tədricən kəsiləcəyi gözlənilir”.

“Oktyabrın 27-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti tədricən stabilləşəcək və növbəti iki gün ərzində əsasən yağmursuz, mülayim hava şəraiti müşahidə olunacaq və temperatur tədricən yüksələcək”, – deyə U.Tağıyeva əlavə edib oxu.az.

  •  (0)
  •  (1)