Harmancı: Rayonlara gediş-gəliş koronavirusa yoluxmanı artıra bilərbackend

Harmancı: Rayonlara gediş-gəliş koronavirusa yoluxmanı artıra bilər

“Bakıdan rayonlara gediş-gəlişin koronavirusa yoluxmaları artıracağı düşünülür”.

Hokm.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, rəqəmlər və statistika da bunu təsdiqləyir: “Qərarlar rəqəmlərə istinad etməklə alınır. Bu qərarlar yoluxmanın azalması, daha az insanın ölməsi üçün qəbul edilir. Hər halda bu qərarları qəbul edən insanlar da bu gözəl havadan faydalanmaq istəyər. İnsanları qəbul edilən qərarlara riayət etməyə çağırıram. Bununla, qış aylarında daha az yoluxma ilə üzləşə bilərik”.

  •  (0)
  •  (0)