Hansı ərzaq nə qədər bahalaşıb? – STATİSTİKAbackend

Hansı ərzaq nə qədər bahalaşıb? – STATİSTİKA

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəyərləndirməsinə əsasən qlobal ərzaq qiymətlərində artım 2021-ci ilin mart ayında da müşahidə edilib. Mart ayı nəzərə alınmaqla ərzaq mallarında bahalaşma dövrü onuncu aya keçib.

Hokm.az Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair Qısa İcmal”ına istinadən bildirir ki, Qlobal Ərzaq Qiyməti İndeksi 2021-ci ilin martında orta hesabla 118,5 bənd təşkil edib. İndeks fevral ayı ilə müqayisədə 2,1% (2,4 bənd), ötən ilin martı ilə müqayisədə isə 24,6% (23,4 bənd) yüksəlib.
Ət Məhsullarının Qiymət İndeksi martda orta hesabla 98,9 bənd təşkil edib, fevralla müqayisədə 2,3% (2,2 bənd) çox, ötən ilin martı ilə müqayisədə 0,5% (0,5 bənd) enib.
Süd Məhsullarının Qiymət İndeksi martda orta hesabla 117,4 bənd təşkil edib, fevral ayı ilə müqayisədə 3,8% (4,3 bənd), ötən ilin martı ilə müqayisədə 15,7% (15,9 bənd)
yüksəlib.
Taxıl Qiyməti İndeksi martda 123,6 bənd təşkil edib. Taxıl məhsulları fevralla müqayisədə 1,7% (2,1 bənd) azalıb, ötən ilin mart ayı ilə müqayisədə isə 26,5% (25,9 bənd) artıb.
Bitki Yağlarının Qiymət İndeksi martda orta hesabla 159,2 bənd təşkil edib, fevrala nisbətən 8 % (11,8 bənd), ötən ilin martı ilə müqayisədə 86,2% (73,7 bənd) yüksəkdir.
Şəkər Məhsullarının Qiymət İndeksi isə martda orta hesabla 96,2 bənd təşkil edib. Şəkər fevral ayı ilə müqayisədə 4% (4 bənd) düşüb, ötən ilin mart ayı ilə müqayisədə 30,2% (22,3 bənd) artıb.
Beləliklə, martda illik müqayisədə ət və ət məhsulları istisna olmaqla bütün ərzaq məhsulları bahalaşıb. Amma aylıq müqayisədə bir çox ərzaq malları, o cümlədən buğda da daxil olmaqla əksər taxıl məhsulları ucuzlaşıb.
  •  (0)
  •  (0)