Hande Harmancı: “Yeni doğulan uşağın sağ qalması üçün lazım olan 1 dollarlıq dərman bir çox ölkədə tapılmır”backend

Hande Harmancı: “Yeni doğulan uşağın sağ qalması üçün lazım olan 1 dollarlıq dərman bir çox ölkədə tapılmır”

“Dünya ölkələri üzrə bu gün üçün vaxtından əvvəl doğulan, 3 000-dən çox körpə dünyasını dəyişəcək. Bu, bir günün statistikasıdır. Bu rəqəm il ərzində 1 milyondan çox körpə deməkdir”.

Hokm.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sağ qalan həmin körpələrin əksəriyyəti ömür boyu eşitmə, görmə və danışma ilə bağlı ciddi problemlərlə qarşılaşacaqlar:

“Təəssüf ki, bu çox acı bir haldır. Həmin körpələrin həyatları elə də baha olmayan tibbi müdaxilələrlə xilas edilə bilər. Bu istiqamətdə maarifləndirmə artırılmalıdır”.

H.Harmancı öz övladlarının da vaxtından əvvəl dünyaya gəldiyini deyib:

“Mənim iki övladım da vaxtından əvvəl doğulub. Əgər bu sahə ilə bağlı məlumatsız olsa idim bəlkə də övladlarım yaşamayacaqdı. Vaxtından əvvəl doğulan körpələrin ağciyərlərini açmaq üçün dərman var və bu dərmanın qiyməti bir dollardan da ucuzdur. Lakin bir çox ölkədə həmin dərman tapılmır”.oxu.az

  •  (0)
  •  (0)