Hamiləlik və doğum müavinətləri üçün vəsait artırılırbackend

Hamiləlik və doğum müavinətləri üçün vəsait artırılır

Gələn il uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərin maliyyələşdirilməsi üçün 2022-ci ildə 20,0 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

Hokm.az APA-ya istinadən xəbər verir ki, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 5,3 mln. manat (36,1%), 2020-ci ilin faktiki icrasından isə 10,5 mln. manat (2,1 dəfə) çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.

  •  (0)
  •  (0)