Hamilə qadın dənizdə boğularaq öldü – VİDEObackend

Hamilə qadın dənizdə boğularaq öldü – VİDEO

Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.

Hokm.az APA-ya istinadən xəbər verir ki, avqustun 7-də, təxminən saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı dənizdə boğulma təhlükəsilə üzləşib.

O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Onun 4 aylıq hamilə olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)