Hakimlər Paşinyanla görüşməkdən imtina etdibackend

Hakimlər Paşinyanla görüşməkdən imtina etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Ali Məhkəmə Şurasının üzvləri ilə görüşüb.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “News.am” xəbər verib.

Mediaport teleqram kanalının məlumatına görə, bir sıra hakimlər bu görüşdə iştirak etməkdən imtina ediblər. Onların arasında Ermənistanın Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan və üç üzvü – Stepan Mikaelyan, Armen Aykyants və Mesrop Makyan var.

“Onlar Baş prokuror, İstintaq Komitəsinin sədri, respublikanın Xüsusi İstintaq Xidmətinin rəhbərin də iştirak etdiyi Baş nazirlə bu cür görüşün Ali Məhkəmə Şurasının konstitusion statusuna zidd və qanunsuz olduğunu qeyd ediblər”, – deyə teleqram kanal bildirib.

Mediaport qeyd edir ki, Nikol Paşinyanla görüşdə ayrı-ayrı cinayət işlərinin araşdırılmasının vəziyyəti müzakirə edilib.

  •  (0)
  •  (0)