Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Məclisinin noyabrın 10-da mitinq keçirmək barədə müraciətinə cavab verib.
Hokm.az Turkustan.info-ya istinadla bildirir ki, icra hakimiyyəti məktubunda bildirib ki, Müsavat Partiyası 10 noyabr saat 15:00-dan 17:00-a kimi Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında mitinq keçirilə bilər.

















