“Hakim Cavid Tağıyev məhkəmə prosesini əsassız şəkildə uzadır” – ŞİKAYƏTbackend

“Hakim Cavid Tağıyev məhkəmə prosesini əsassız şəkildə uzadır” – ŞİKAYƏT

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Sahib Zeynalov Gəncədə baş verən cinayət işinin məhkəmə istintaqından və hakimdən narazıdır. 

Hokm.az-ın məlumatına görə, bu barədə Kazus.az-a Sahib Zeynalovun özü məlumat verib.

S.Zeynalov iddia edir ki, qohumu Çingiz Abdullayev məmur Müseyb Valehovla birgə onun evini talayıb:

“Ölkəmizdəki əmin-amanlığa, sabitliyə inanaraq, mal-mülkümüzü burada qoyub ailəmlə birlikdə yaşamaq üçün Almaniyaya gəlmişik. Bundan istifadə edən Çingiz Abdullayev qanunsuz olaraq evimizə daxil olub, orada olan mülkümüzü talan edib və bizə 50 min manat dəyərində maddi ziyan vurub. Çingiz Abdullayevin barəsində Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq), 320.2 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələri ilə ittiham irəli sürülüb.

Çingiz Abdullayev

Çingiz Abdullayev

Hazırda onun cinayət işinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılır. Çingiz Abdullayevin cinayəti ilə bağlı heç bir tədbirlər görülməyib. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Cavid Tağıyevin sədrliyi ilə keçirilən prosesdən narazıyıq. Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, bizə köməklik etsinlər. Mən ailəmlə Almaniyadayam, məhkəmə prosesin gedişatı barədə isə bizə heç bir məlumat verilmir. Məhkəmədə qudam Rəsul Novruzov bizim nümayəndəmiz kimi iştirak edir. Lakin o da işin niyə bu qədər uzadıldığını anlamır.

Artıq 10 aya yaxındır ki, məhkəmə davam edir. Hakim Cavid Tağıyev təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəməni yekunlaşdırmaq niyyətində deyil. Bilmirəm bu nədən irəli gəlir. Onun məqsədi nədir? Hər ay işi uzadır. Səbəb nə ola bilər?”

S.Zeynalov hakim barədə Məhkəmə-Hüquq Şurasına da müraciət etmək niyyətindədir: “Məhkəmə-Hüquq Şurasından xahiş edirəm ki, bizə köməklik göstərsin və işin hansı səbəbdən uzadılması barədə araşdırma aparsın.

Bundan başqa, Çingiz Abdullayevlə birgə cinayətdə əli olan Gəncə şəhər 1 saylı Evlər İdarəsinin sabiq müdri, hazırda isə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Müseyib Valehov cinayət məsuliyyətinə cəlb edilmədir. Çünki o, qanunsuz saxta sənədlər hazırlayıb, Çingizə verib. Çingiz həmin saxta sənədlərlə məhkəməyə müraciət edərək, kirayə müqaviləsi alıb və qanunsuz şəkildə evə daxil olaraq əşyalarımızı daşıyıb aparıb. O, bizə 50 min manatlıq ziyan vurub. Buna baxmayaraq, Müseyib Valehovla bağlı heç bir tədbir görülməyib”.

Açıklama yok.

  •  (5)
  •  (0)