Deputat olduğu dövrdə açıqlamaları ilə bir çox qalamaqallara səbəb olan Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən təbliğat-təşviqat kampaniyasını davam etdirir.
Hokm.az xəbər verir ki, Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə insanların çox görünməsi üçün maraqlı üsuldan istifadə edib. Belə ki, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə Hadı Rəcəbli Lənkəran Dövlət Universiteti və texnikumunda müxtəlif bölgələrdən təhsil alan bir neçə tələbəsini də həmin tədbirə toplayıb.
Daha sonra Hadı Rəcəbli tələbələri 74 saylı Lənkəran kənd seçki dairəsinin seçiciləri kimi ictimaiətə təqdim etməkdən çəkinməyib. Bununla belə, o, “gənclərlə görüş” başlığı ilə “facebook”da yayımladığı görüntülərdə görüşə gələnlərin əksəriyətinin yaşlı adamlar olduğu ortaya çıxıb.
Hadı Rəcəbli təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşləri izdihamlı göstərmək üçün video-montaj proqramından da istifadə edib.Sfera.az
Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.
Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/




















