Hadı Rəcəbli indi də etnik bölücülüyü təbliğ edirbackend

Hadı Rəcəbli indi də etnik bölücülüyü təbliğ edir

Talış xalqını söyməyim, haqqımda növbəti təxribat əməlidir. Mən talış torpağının övladıyam. Həmişə mənə talış deyiblər. Bununla da fəxr etmişəm. Talış dilində təmiz danışıram. Həmişə talışlarla talış dilində danışmışam”.

H.Rəcəbli seçki öncəsi bu cür təxribatlara əl atanların məqsədinin başqa olduğunu da qeyd edib: “Dövlətimizdə azsaylı xalqlara qarşı həmişə hörmət olub. Ona görə də haqqımda iftiralar səsləndirənlərlə seçkidən sonra hüquqi dildə cavab verəcəm. Çünki onların məqsədi seçki öncəsi təxribatlar törətməkdir. Halbuki ölkəmizdə demokratik seçki ab-havası hökm sürür. Seçkilərdən sonra bu məsələyə qayıdacam”.

Bu fikirləri “modern.az”a açıqlamasında 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəbli deyib.

Analoq.az olaraq hörmətli Hadi müəllimin müsahibəsində səsləndirdiyi fikirlərə jurnalist mövqeyi bildirməyi özümüzə borc bildik .

Bildiyimiz kimi, milli, irqi, dini ayrı seçkilik Azərbaycan Respublikası Konstitusiyasına görə qadağandır. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar bərabər hüquqlara malikdir. Hər biri də Azərbaycan vətəndaşıdır. Bu hər bir Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində də belə təsbit olunub.

Xatırladaq ki, Hadı Rəcəbli mətbuatın tənqid gündəmində olan və ən çox adı hallanan millət vəkilidir. Son illərdə daha çox təqaüd yaşı, müəllimlərin daş daşıması, uşaqpulularının müzakirəsiylə bağlı səsləndirdiyi fikirlərinə görə sosial şəbəkələrdə sərt tənqidlərə məruz qalıb. Görünür, Hadı Rəcəbli seçki təbliğatı zamanı seçicilərinin onunla görüşə gəlmək istəmədiklərinin səbəbini hələ də bilmək istəmir…

Bu günlərdə isə, sosial şəbəkələrdə yayılan audio yazıda da deputat var-dövlətindən, oğlunun obyektlərindən danışır, guya heç nəyi gizlətmədiyini iddia edir.

Hadi müəllim yayılan açıqlamasında qeyd edir ki, respublikamızda azsaylı xalqlara həmişə hörmət olub.Amma müsahibənin digər yerində “talış torpağının övladıyam ” deməsi milli məsələrə zəmin yaradır. Azərbaycan torpağını etnik bölücülüyə məruz qoymaq isə ciddi yanlışlıqdır və qanuna ziddir. Yəni deputatlığa namizədin səsləndirdiyi bu fikirlər dövlətin, xalqın həm də qanunların əleyhinə yönəlir.

Maraqlıdır ki, bəhs etdiyimiz fakt hələ də MSK-da araşdırılmayıb. Görəsən nəyə görə..?

Bu yazıdan sonra Hadi Rəcəblinin də mövqeyini də dərc etməyə hazırıq. Əlbəttə ki, səhvləri etiraf etmək heç zaman gec olmayıb.
Hokm.az

  •  (0)
  •  (0)