Hacı Məhərrəm kürəkənini xilas etmək üçün dəridən-qabıqdan çıxıbbackend

Hacı Məhərrəm kürəkənini xilas etmək üçün dəridən-qabıqdan çıxıb

Bu ilin iyununda Novxanı bağlar massivində 4 nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı məhkəmə araşdırmaları başlayır. Söhbət Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğlu, kompleksin satış müdiri olmuş Elşad Kəlbəliyevdən gedir.


Elşad Kəlbəliyevin haqqında cinayət işinin istintaqı yekunlaşıb. İşi Bakı Ağır Cinayətlər Məhkəməsində  İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Sözügedən yol qəzası iyunun 14-də gecə saat 01.00 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. Elşad Kəlbəliyevə məxsus “Range Rover” markalı, 10 CO 002 dövlət nömrə-nişanlı avtomobillə Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində dünyasını dəyişib.

Elşad Kəlbəliyev və hadisə vaxtı onun yanında olmuş Ələsgər Əliyev isə xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra polis idarəsinə aparılıblar.

Bu qəza ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı Elşad Kəlbəliyevə məxsus avtomobildə sükan arxasında Ələsgər Əliyevin olduğu bildirilirdi. Lakin sonradan “Range Rover”i avtomobil sahibinin özünün idarə etdiyi məlum oldu. Üstəlik, Elşad Kəlbəliyevin həmin vaxt sərxoş olduğu da aydınlaşıb.

Elşad Kəlbəliyev 2010-cu ildə yaradılan və 2020-ci ildə fəaliyyətini dayandıran “Əlicə” futbol klubunun da prezidenti olub. Bu klubun təsisçisi də onun qayınatası idi. müqəddəs Kəbə daşını öpməyə pullar xərcləyən M. Novruzov kürəkəninin həbsdə olması ilə hələ də barışmır və öz üsullarına əl atıb. Hadisə zamanı həlak olan şəxslərin ailələrinə böyük məbləğdə (bura Bakı şəhərinin mərkəzində ev, Masazırda villa, bahalı avtomobillər və 200mindən az olmayan pul daxildir) hədiyyələr edib. Bunun qarşılığında mərhumların yaxınları şikayətçi olmayacaqlarına və cəza üçün israr etməyəcəklərinə söz veriblər. Azərbaycan qanunvericiliyində bu kimi hallarda, yəni şikayətçinin ortadan qalxdığı hallarda cəzanın necə müəyyənləşdirildiyini deyə bilmərik. Amma E. Kərbəlayev bu hadisədən cəzasız qurtaracaqsa sadə vətəndaşın “Pulun varsa hamını əz keç” iddiası təsdiqini tapmış olacaq.xalqxeber.az

  •  (0)
  •  (0)