Hacı Əliyev ikinci dəfə ATA OLDUbackend

Hacı Əliyev ikinci dəfə ATA OLDU

Sərbəst güləş üzrə Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ikinci dəfə ata olub.

Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, onun bu gün qızı dünyaya gəlib.

Uşağa Əsma adı qoyulub.

Qeyd edək ki, altı gün sonra yubileyini – 30 yaşını qeyd edəcək Hacı Əliyevin ilk övladının adı Aişədir.

  •  (0)
  •  (0)