Güzəştlər necə olacaq? – AÇIQLAMAbackend

Güzəştlər necə olacaq? – AÇIQLAMA

Güzəştlər necə olacaq? – AÇIQLAMA

İqtisadi dəstək və sosial müdafiə proqramlarının detalları açıqlanıb.

 

Hokm.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. Sosial dəstək aşağıdakı istiqamətləri əhatə edəcək:

 

1. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı;

 

2. 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı;

 

Vergi güzəştləri, imtiyazları və tətilləri proqramı;

 

4. Yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı. Bu proqramın həcmi 500 milyon manat təşkil edir;

 

5. Sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı;

 

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket;

 

7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir;

 

8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı;

 

9. Əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramı;

 

10. Həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan dövlət və özəl şirkətlərlə bağlı məqsədli proqram.

  •  (0)
  •  (0)