Güzdəkdə daş karxanası onlarla ailə üçün təhlükə mənbəyinə çevrilib – VİDEObackend

Güzdəkdə daş karxanası onlarla ailə üçün təhlükə mənbəyinə çevrilib – VİDEO

Abşeron rayonu Güzdək qəsəbəsinin sakinləri evlərinin yaxınlığında yerləşən daş karxanasının fəaliyyətindən narazıdırlar. Deyirlər ki, bir neçə ay bundan qabaq fəaliyyətə başlamış karxana 24 saat fəaliyyət göstərdiyindən onların evləri gün boyu toz içində olur. Üstəlik axşamlar avadanlıqların səsindən yatmaq da mümkün deyil. Karxanada çalışanlar isə iddiaların əsassız olduğunu bildirirlər. Məsələyə Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyi münasibət bildirib. 

Bura Abşeron rayonu, Güzdək qəsəbəsidir. Sakinlər deyirlər ki, qəsəbədə daş karxanaları çoxdan fəaliyyət göstərir. Amma onları bir neçə ay bundan məhz əvvəl evlərinin yaxınlığında açılmış karxana narahat edir. Sakinlər iddia edirlər ki, müəssisə 24 saat fəaliyyət göstərir. Nəticədə yaşadıqları ərazi gün boyu toza qərq olur.

Sözügedən karxanada işləyənlər iddiaların əsassız olduğunu bildiriblər.

Məsələ ilə əlaqədar Ekologiya və təbii sərvətlər nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə agentliyinin şöbə müdiri Zaur Səidli qeyd edib ki, sakinlərin şikayəti əsasında əraziyə baxış keçirilib və qanunsuz fəaliyyət göstərən karxana aşkarlanıb.

Zaur Səidli onu da əlavə edib ki, qeyd etdi ki, araşdırmalar yekunlaşdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.

  •  (0)
  •  (0)