Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq edirəm”backend

Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq edirəm”

“Gürcüstan iki qonşu ölkə – Azərbaycan və Ermənistan arasında mediasiya prosesində iştirak etməkdə davam edəcək”.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, oktyabrın 8-də Ermənistana etdiyi səfərin çox uğurlu keçdiyini bildirib: “Əsas müzakirə mövzularından biri regional əməkdaşlıq və Gürcüstanın bölgədə üç ölkənin sıx əməkdaşlığını nəzərdə tutan Dinc Qonşuluq Təşəbbüsü olub”.

İ.Qaribaşvili Azərbaycan və Ermənistan arasında vasitəçilikdə çox fəallıq etdiyini bildirib: “Bu prosesdə Gürcüstanın vacib və böyük rolu var. Bu ilin iyununda Azərbaycan və Ermənistan arasında vasitəçiliyimz, hər iki ölkə liderinin razılığı ilə uğurlu presedentə nail olundu”.

  •  (0)
  •  (0)