“Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var” – Baş infeksionistbackend

“Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var” – Baş infeksionist

“Mən çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar “AstraZeneca” və “Pfizer” vaksini ilə peyvəndlənmək istəməyiblər və Çin peyvəndi vurdurmaq üçün Azərbaycana və Türkiyəyə yollanıblar”.

Hokm.az xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

O, Çin vaksininin Gürcüstanda hələ tətbiq olunmayacağını bildirib: “Çin peyvəndini bir çox ölkələr gözləyir, belə ki, o, ənənəvi üsullarla hazırlanıb”.

T.Tsertsvadze qeyd edib ki, Çin vaksininin alınması üçün müqavilə artıq hazırlanıb və müəyyən prosedurlardan sonra preparatın Gürcüstana idxalı nəzərdə tutulub.pravda.az

  •  (0)
  •  (0)