Gürcüstanda yeni siyasi partiya yaradıldıbackend

Gürcüstanda yeni siyasi partiya yaradıldı

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının keçmiş üzvləri “Ədalət naminə” adlı partiya yaradıblar.

Bu barədə yeni partiyanın təsisçilərindən biri Eka Beselia mətbuat konfransında bildirib.

O deyib ki, partiyanın əsas məqsədi ölkədə ədalətin bərpa olunmasıdır.

Partiyanın təsis qurultayı iyunun 20-də keçiriləcək.

E.Beselia ilə yanaşı, partiyanın təsisçiləri Zviad Kvaçantiradze və Gedevan Popxadzedir. Onlar partiya ilə bağlı müxtəlif siyasi təşkilatlar və siyasətçilərlə məsləhətləşmələr aparacaqlarını bildiriblər. (report)

Hokm.az

  •  (0)
  •  (0)