Gürcüstanda mədən çökdü: ölən və yaralanan var (YENİLƏNDİ)backend

Gürcüstanda mədən çökdü: ölən və yaralanan var (YENİLƏNDİ)

Gürcüstanın Tkibuli bölgəsində kömür mədənində çökmə nəticəsində 1 nəfər həlak olub.

Hokm.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir neçə saat davam edən axtarış-xilasetmə işlərindən sonra daha 1 nəfər yaralı vəziyyətdə xilas edilib. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 240-cı maddəsi (təhlükəsizlik qaydalarının pozulması) üzrə cinayət işi açılıb.

Məlumata görə, qəza açıq mədəndə icazəsiz kömür çıxarılan zaman baş verib.

xxx

27.11.2021 – 21:48

Gürcüstanın qərbində yerləşən Tkibuli mədənində çökmə baş verib.

Hokm.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər dağıntılar altında qalıb.

“Fövqəladə Hallar Xidmətinin “112” qaynar xəttinə Tkibulidəki mədənlərin birində baş vermiş hadisə ilə bağlı məlumat daxil olub. İstehkam işləri zamanı torpaq kütləsi dağılıb, o zaman mədəndə ehtimal ki, iki nəfər olub. Məlumat daxil olandan dərhal sonra bir qrup xilasedici hadisə yerinə gəlib və şaxtanın ərazisində aktiv axtarış-xilasetmə işlərinə başlanılıb. deyə xidmətdən bildirilib.

Qeyd edilib ki, xilasedicilər bir şaxtaçını – 64 yaşlı Vitali Turdzeladzeni səthə çıxara bilib, o, klinikaya aparılıb. İkincinin axtarışları davam edir.publika.az

  •  (0)
  •  (1)