Gürcüstanda baş nazir və İqtisadiyyat naziri karantinə getdibackend

Gürcüstanda baş nazir və İqtisadiyyat naziri karantinə getdi

Gürcüstanın Baş naziri Georgi Qaxariya və İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava özlərini təcrid ediblər.

Hokm.az xəbər verir ki, bu barədə “Sputnik Gürtcüstan” məlumat yayır.

Bildirilir ki, nazirlərin özlərini təcrid etmələrinin səbəbi COVID-19-a yoluxan şəxslə yaxın təmasda olmalarıdır.

Qeyd edilir ki, onlarda koronavirusun əlamətləri yoxdur və vəziyyətləri yaxşıdır.

Xatırladaq ki, Qaxariyanın iki mühafizəçisinə də COVID-19 diaqnozu qoyulub.

  •  (0)
  •  (0)