Gürcüstanda 12 yaşdan yuxarı şəxslərə peyvənd vurulacaqbackend

Gürcüstanda 12 yaşdan yuxarı şəxslərə peyvənd vurulacaq

Gürcüstanda yaxın günlərdə 12 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyası başlanılır.

Hokm.az bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Gürcüstanlı mütəxəssislər hesab edirlər ki, bu, epidemioloji vəziyyətin yaxşılaşması üçün lazımdır.

Hazırda Gürcüstanda 16 yaşdan yuxarı şəxslərə koronavirusa qarşı vaksin vurulur.

Dünyada 12 yaşından etibarən yeniyetmələr yalnız iki – “Pfizer” və “Moderna” vaksini ilə peyvənd edilir. Bu peyvəndlər Kanada, ABŞ, İtaliya, Fransa, Almaniya və Belçikada yeniyetmələrə vurulur. Uşaqları erkən yaşlarından (üç yaşından) peyvənd edən yeganə ölkə Çindir. Orada uşaqlara “Sinopharm” və “SinoVac” vurulur.

  •  (0)
  •  (0)