Gürcüstana gedəcək Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR-4 gün sonra…backend

Gürcüstana gedəcək Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR-4 gün sonra…

Azərbaycan, Ermənistan, Ukrayna, Rusiya və Belarusun koronavirus test nəticəsi neqativ olan vətəndaşları martın 1-dən etibarən  Gürcüstana səfər edə biləcəklər.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natiya Turanava açıqlama verib.

Baş nazir İrakli Qaribaşvilinin bu gün keçirilən brifinqdə açıqlamasına görə, martın 1-dən etibarən Batumidə, martın 8-dən etibarən isə digər bütün şəhərlərdə restoranların qapalı məkanlarda xidmət göstərməsinə icazə veriləcək. Qaribaşvili həmçinin şəhərlərarası nəqliyyatın fevralın 25-dən etibarən bərpa olunacağını qeyd edib.

Bununla yanaşı ölkədə 2020-ci ilin 28 noyabr tarixindən tətbiq olunan komendant rejiminin qüvvədə qalacağı bildirilib. Qaydaya görə, axşam saat 9-dan səhər saat 5-ə qədər çölə çıxmaq qadağandır.

  •  (0)
  •  (0)