Gürcüstan və Ukrayna NATO-ya üzv olacaqbackend

Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq

“Gürcüstan və Ukrayna NATO-ya daxil olacaq, amma bu, sabah olmayacaq”. 

Hokm.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

O, qeyd edib ki, bu məsələ yaxın gələcəkdə həll oluna biləcək:

“Düşünürəm ki, Gürcüstan və Ukraynaya üzvlüyün sabah olmayacağı açıqdır, amma onlar da qoşulacaq”.

Stoltenberq onu da bildirib ki, ittifaq Kiyev və Tiflisə dəstəyini artırmalı və onlarla əməkdaşlığı gücləndirməlidir.Unikal.org

  •  (1)
  •  (0)