Gürcüstan və Türkiyə XİN başçıları Bakıya gəlir: Üçtərəfli görüş keçiriləcək – YENİLƏNİBbackend

Gürcüstan və Türkiyə XİN başçıları Bakıya gəlir: Üçtərəfli görüş keçiriləcək – YENİLƏNİB

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

Hokm.az “Report”a istinadən xəbər verir ki, o, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək.

D.Zalkaliani səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək.

Qeyd edək ki, bu formatda xarici işlər nazirlərinin son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. XİN başçıları növbəti görüşün Bakıda keçirilməsinə dair razılıq əldə ediblər.

16:06

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.

“Report”un məlumatına görə, səfər fevralın 18-19 tarixlərində həyata keçiriləcək.

M.Çavuşoğlunun bir sıra rəsmi şəxslərlə görüşləri olacaq.

  •  (1)
  •  (0)