Gürcüstan hökuməti vətəndaşların işıq və qaz pulunu daha 4 ay ödəyəcəkbackend

Gürcüstan hökuməti vətəndaşların işıq və qaz pulunu daha 4 ay ödəyəcək

Gürcüstan hökumətinin qərarı ilə vətəndaşların kommunal xərclərinin dövlət hesabına ödənilməsi qış aylarında da davam edəcək.

Hokm.az xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, ödənişlər noyabr, dekabr, yanvar və fevral aylarını əhatə edəcək:

“Ay ərzində 200 kilovatt elektrik enerjisi və 200 kub metr  təbii qaz istehlak edən vətəndaşların 4 aylıq xərcləri tam maliyyələşdiriləcək”.

 

  •  (8)
  •  (0)