Gürcüstan hakimiyyəti Saakaşvilinin qayıtmasına REAKSİYA VERDİbackend

Gürcüstan hakimiyyəti Saakaşvilinin qayıtmasına REAKSİYA VERDİ

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin ölkəsinə geri dönmək planlarına reaksiya verib.

Hokm.az modern.az-a istinadən xəbər verir ki, ölkənin ədliyyə naziri Saakaşvilini həbsxananın gözlədiyini diqqətə çatdırıb.

“Təbii ki, biz Saakaşvilinin özündə güc tapacağını və Gürcüstana gələcəyini gözləyirik. Heç şübhəsiz ki, onu sərhəddə həbs proseduru və həbsxana gözləyir”- deyə ədliyyə naziri Tea Tsulukiani açıqlama verib.

O, Saakaşvilinin axtarışda olduğunu bildirib.

  •  (2)
  •  (2)