“Günay Sığorta” şirkətinin sədri işindən ayrılır – ərizə yazıb…backend

“Günay Sığorta” şirkətinin sədri işindən ayrılır – ərizə yazıb…

“Günay Sığorta” şirkətinin İdarə Heyətinin sədri işindən uzaqlaşır.

Fed.az etibarlı mənbələrdən aldığı məlumata görə, “Günay Sığorta” şirkətinin İdarə Heyətinin sədri Akşin Cahangirov artıq işdən ayrılması ilə bağlı müvafiq ərizəni də yazıb.

A.Cahangirovun yerinə hələlik təyinat olmayıb.

Şirkətin əməkdaşı Səidə Fətullazadə isə A.Cahangirovun işdən ayrılmadığını bildirir.

Qeyd edək ki, A.Cahangirov “Günay Sığorta” şirkətində 2019-cu ilin noyabr ayından İdarə Heyətinin sədri vəzifəsini icra edib.

  •  (0)
  •  (0)