“Günay Bank” kollektivi Fəxri Xiyabanı ziyarət edibbackend

“Günay Bank” kollektivi Fəxri Xiyabanı ziyarət edib

Bu gün “Günay Bank” ASC-nin  rəhbərliyi və işçi kollektivi Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli Lideri – Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə məzarını ziyarət edib.

Ziyarətçilər Türk dünyasının Böyük Oğlu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, ona olan sevgi və rəğbətin tərənnümü olaraq məzarı önündə əkil qoyub.

Heydər Əliyev müdrikliyi, onun zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, eyni zamanda yenilməz iradəsi sayəsində həyata keçirdiyi misilsiz fəaliyyət bank kollektivi daxilində də rəğbətlə anılmış, yüksək qiymətləndirilib.

  •  (2)
  •  (0)