“Günay Bank” ikinci rüb ərzində zərər edib – FOTObackend

“Günay Bank” ikinci rüb ərzində zərər edib – FOTO

“Günay Bank” ASC 2021-ci ilin ikinci rübü ərzində (aprel-iyun) zərər edib. Belə ki, 2021-ci ilin ilk üç ayında etdiyi 878.9 min manatlıq xalis mənfəəti ilin ilk altı ayında 626.4 min manata düşüb.

Hokm.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında deyilir.

Bu isə o deməkdir ki, “Günay Bank” 2021-ci ilin aprel-iyun ayları ərzində 252.5 min manat zərər edib.

Bankın faiz gəlirləri ilk altı ay ərzində 7.02 milyon manat, faiz xərcləri 4.41 mln. manat, qeyri-faiz gəlirləri 3.88 mln. manat və qeyri-faiz xərcləri isə 4.78 mln. manat olmuşdur. Bu da bankın 1.71 mln. manat əməliyyat mənfəəti etməsi deməkdir. Əməliyyat mənfəəti ilk üç ayda 1.4 mln manat olduğunu nəzərə alsaq, ikinci rüb ərzində 0.31 mln. manat etmiş olduğunu görürük.

Bank 1.08 mln. manat mümkün zərərlər üzrə ehtiyata ayırmalar etmişdir (birinci rübdə 520 min manat idi).

  •  (1)
  •  (1)