“Günay Bank” açıqlama yaydıbackend

“Günay Bank” açıqlama yaydı

“Günay Bank” ASC hazırda döyüşlərdə iştirak edən müştərisinin maşınının kreditə görə cərimə meydançasına aparılması ilə bağlı iddiaları təkzib edib. 

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ASC-nin bununla bağlı yaydığı məlumatda deyilir ki, məsələnin banka heç bir aidiyyatı yoxdur:

“Son dövrdə sosial səhifələrdə hazırda Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Həsənov Mətləb Əli oğluna kredit müqaviləsi  əsasında məxsus olan avtomobilin “Günay Bank” ASC tərəfindən cərimə meydançasına qoyulduğu barədə dezinformasiyaya rəsmi olaraq cavab bildiririk ki, bank ilə qeyd olunan vətəndaş arasında hər hansı kredit müqaviləsi bağlanmadığından bu, mümkün deyil.

Banka dair əsassız iddiaların, ünvanlanan nalayiq ifadələrin və belə bir həssas dövrdə “Günay Bank” ASC ilə bağlı mənfi ictimai rəyin yaranmasının qarşısının alınması məqsədilə ilə məsələni araşdırmalı olduq.

Məlum oldu ki, Həsənov Mətləb Əli oğlu Günay Bank ASC-nin deyil bankın korporativ müştərisi olan “Günay Finance” şirkətinin müştərisidir.

Son olaraq qeyd edirik ki, heç bir rəsmi sübutu olmayan bu məsələnin, hər zaman Ordumuzun, o cümlədən onun hər bir əsgərinin yanında olan “Günay Bank” ASC-yə zərrə qədər aidiyyəti yoxdur və ümumiyyətlə Bank avtokredit xidmətini həyata keçirmir”.

  •  (0)
  •  (0)