Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildibackend

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.

Hokm.az xəbər verir ki, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb

 

Bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsi oğlunun ölkədən çıxışına icazə verilməsilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib.

Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.

  •  (0)
  •  (0)