Gülpəri Bayramova beynəlxalq mükafata layiq görüldübackend

Gülpəri Bayramova beynəlxalq mükafata layiq görüldü

“Agromix” şirkətinin təsisçisi, aqrar ekspert, Azərbaycan Sahibkarlar Konfedrasiyasının (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının fəal üzvü Gülpəri Bayramova Türkiyənin nüfuzlu “Study First Academy” mərkəzi tərəfindən mentorluq nominasiyası üzrə beynəlxalq mükafatla təltif edilib. Mərkəz xanım sahibkarı gənclərin maarifləndirilməsindəki xidmətlərinə görə, bu mükafata layiq görüb.

Qeyd edək ki, 28 yaşı xanım iş adamı 2019-cu ildə “Agromix” şirkətini təsis edib. Paytaxtın marketlər şəbəkəsini və ketrinq müəssisələrini meyvə-tərəvəz məhsulları ilə təhciz edən şirkət habelə idxal, ixrac və əkinçilik fəaliyyəti ilə də məşğuldur. G.Bayramova aqrar eksert kimi mətbuatda açıqlamaları ilə ictimaiyyətə tanışdır. O, Azərbaycan Texniki Universitetində, “Davam” Ümumrespublika Gənclər Hərəkatında və digər gənclik platformalarında “İdeyadan biznesə” təlimlərində mentor olaraq populyarlıq qazanıb.

Gülpəri Bayramovanı beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edir, ona daha böyük nailiyyətlər arzu edirik!

  •  (5)
  •  (0)