Güclü külək yük maşınını aşırdı – FOTObackend

Güclü külək yük maşınını aşırdı – FOTO

Bakıda güclü külək hərəkətdə olan yük avtomobilini aşırıb.

Hokm.az xəbər verir ki, foto sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Güclü külək səbəbindən yük avtomobili minik avtomobilinin üzərinə aşıb. Nəticədə ölən və yaralanan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)