Güclü külək nə vaxta qədər davam edəcək? – AÇIQLAMAbackend

Güclü külək nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

“Bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək”.

Bunu oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, külək axşama doğru tədricən mülayimləşəcək:

“Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Bakı və Abşeron yarımadasında gündüz saatlarında 14-16 dərəcə isti olacaq”.

G.Məmmədova qeyd edib ki, yaxın iki gün ərzində bölgələrdə də yağmursuz hava şəraiti gözlənilir:

“Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz saatlarında 18-23, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq”.

  •  (0)
  •  (0)