Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQbackend

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 08-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Hokm.az-a bildirilib ki, Azərbaycanın rayonlarında yanvarın 8-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

8-i axşam, 9-da gecə bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var.

  •  (0)
  •  (0)