Güclü külək əsəcək, qar, yağış yağacaq – XƏBƏRDARLIQbackend

Güclü külək əsəcək, qar, yağış yağacaq – XƏBƏRDARLIQ

Bu gün gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, 23-ü gündüzdən 24-ü səhərədək isə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Hokm.az-a verilən məlumata görə, şimal və qərb rayonlarında, 23-ü axşamdan 25-i gündüzədək isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

  •  (0)
  •  (0)