“Gucci”nin varisi atasının onu zorladığını etiraf etdi – FOTObackend

“Gucci”nin varisi atasının onu zorladığını etiraf etdi – FOTO

Dünyanın məşhur brendlərindən olan “Gucci”nin varisi təcavüzə məruz qalması ilə bağlı etirafı ilə şok effekti yaradıb.

Hokm.az milli.az-a istinadla xəbər verir ki, “Guccio Gucci”nin banisinin böyük oğlunun 35 yaşlı nəvəsi Alexandra Zarini təcavüzlə bağlı Kaliforniya Ali məhkəməsinə müraciət edib.

Onun iddiasına görə, ögey atası Joseph Ruffalo onu 4 il boyunca zorlayıb, anası Patricia Gucci və nənəsi Bruna Palombo bu olayın ört-basdır edilməsi üçün əlindən gələni ediblər.

Qadının dediyinə görə, ögey atası onunla birlikdə çılpaq yatağa girib, ona qarşı seksual xarakterli hərəkətlər edib və bunu onun anası, nənəsi də bilib.

“Valideynlərim məni mirasdan məhrum etməklə hədələyirlər. Amma bu, mənim üçün önəmli deyil. Çünki mən, sadəcə, bunu dayandırmaq istəyirəm. İstəyirəm ki, bu nəinki mənim, kimsənin övladının başına gəlməsin”, – o bildirib.

  •  (0)
  •  (0)