GÖZLƏNİLƏN XƏBƏR: Koronavirusun çarəsi tapıldı – VACİB ARAŞDIRMAbackend

GÖZLƏNİLƏN XƏBƏR: Koronavirusun çarəsi tapıldı – VACİB ARAŞDIRMA

ABŞ-ın Milli Səhiyyə İnstitutunun tədqiqatçıları lamadan götürdükləri “Cormac” adlı nano antikorların COVID-19-a qarşı təsirli olduğunu və insanlar üçün burun spreyi kimi istifadə edilə biləcəyini bildirib.

Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, mütəxəssislər lama, alpaka və dəvə kimi heyvanlarda olan NIH-CoVnb-112 antikorunun həm insan antikorlarına nisbətən daha kiçik, həm də 10 qat daha güclü olduğunu, bu baxımdan koronavirusun qarşısını almaqda təsirli ola biləcəyini qeyd ediblər.

Aparılan təcrübələr “Cormac” adlı lamadan alınan nano antikorun COVID-19-a səbəb olan SARS-CoV-2-nin zülalına yapışdığını və təsirsiz hala gətirdiyini göstərib.

Tədqiqata rəhbərlik edən professor Devid Brodi “ümid edirik ki, bu anti-COVİD-19 antikoru (lama nano antikoru) koronavirus ilə mübarizədə təsirli olacaq” deyə qeyd edib.

  •  (0)
  •  (0)