Gözəl Bayramlı vəfat edibbackend

Gözəl Bayramlı vəfat edib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, keçmiş siyasi məhbus Gözəl Bayramlı oktyabrın 7-də vəfat edib.
Hokm.az xəbər veri ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi feysbukda məlumat yayıb.
O bildirib ki, Gözəl Bayramlı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Gözəl Bayramlı 1962-ci ildə anadan olub.
Azərbaycan Texniki Universitetini bitirib.
Ötən əsrin 80-ci illərinin sonunda başlanan xalq hərəkatına qoşulan Gözəl Bayramlı AXCP Təşkilat şöbəsinin müdiri, sonra isə sədrin müavini olub.
2018-ci ildə Qazax Rayon Məhkəməsi Gözəl Bayramlını qaçaqmalçılıqda təqsirli bilərək onu 3 il azadlıqdan məhrum edib.
Gözəl Bayramlı ittihamı rədd edib və siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları onun siyasi məhbus olduğunu bəyan etmişdilər.
2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamıyla azad olunub.
  •  (0)
  •  (1)