Göygölə yeni polis rəisi təyin edildibackend

Göygölə yeni polis rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Sfera.az-ın xəbərinə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Zaur Nəsirov vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Z.Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib.
Həmin ildən daxili işlər orqanlarında xidmət edir.
  •  (0)
  •  (0)