Göygöl icra başçısı sələflərini geridə qoyur: TENDER “ALVERİ”, EKOLOJİ TERRORbackend

Göygöl icra başçısı sələflərini geridə qoyur: TENDER “ALVERİ”, EKOLOJİ TERROR

Göygöl Rayon İcra Hakimiyyəti 40 gündə 1.2 milyon manatlıq tender müqaviləsi imzalayıb. Adıkeçən icra orqanı “CONSTRUCTION BUSINESS GROUP” MMC ilə “Göygöl şəhərinin küçə və döngələrində yolların əsaslı təmiri işlərinin satın alınması”na görə 442.389,05 AZN-lik müqaviləyə imza atıb.

Maraqlısı bundadır ki, bu müqavilədənbir neçə gün öncə Göygöl şəhəri əsaslı təmir olunmuşdu.

Belə ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin Göygöl şəhər üzrə nümayəndəliyi ilə “STAR TƏMİR CONSTRUCTİON” MMC arasında “Göygöl şəhərində yolların əsaslı təmiri işləri”nə görə məbləği 829.075,32 AZN olsn müqavilə imzalayıb.

Bildirək ki, “CONSTRUCTION BUSINESS GROUP” MMC-nin qanuni təmsilçisi YUSİF AXUNDOV SƏFA OĞLU, nizamnamə kapitalı 1120 Azn-dir

“STAR TƏMİR CONSTRUCTİON” MMC-nin qanuni təmsilçisi ZAUR ƏSGƏROV MARİF OĞLUdur, nizamnamə kapitalı 20 manatdır.

Xatırladaq ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşazayevin Göygöl şəhər üzrə nümayəndə Ceyhun Qasımovdur.

Mediada gedən məlumata gör, bugünə kimi çoxsaylı tender müsabiqələrinin qalibi olan “Star Construction-12” QSC-nin direktoru Bayramov Mirsahib Atamalı oğlu daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub. Mətbuatda yazılır ki, Mikayıl Cabbarov Təhsil naziri olduğu zaman Mirsahib Bayramov tutduğu vəzifədən azad olunub. Məlumatda o da qeyd olunub ki, Elvin Paşayev müharibədə iştirak edən bəzi şəxsləri MKİS-lərə rəhbər gətirir və iri gövdəli ağacları kütləvi şəkildə məhv edir. Məhv edilmiş ağacların yerləri isə obyekt kimi satışa çıxarılır. Məsələ ilə bağlı artıq Göygöl əhalisi ciddi şəkildə təşvişdədirlər. Mövzunu diqətdə saxlayacağıq. /32gün

  •  (3)
  •  (1)