Göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları tapıldı – FOTObackend

Göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları tapıldı – FOTO

Nepal ordusunun axtarış qrupu səhər saatlarında göyərtəsində 22 nəfərin olduğu “Tara Air” şirkətinə məxsus təyyarənin qalıqlarını tapıb.

Bu barədə Nepal quru qoşunlarının rəsmi nümayəndəsi briqada generalı Narayan Silval məlumat verib.

General öz “Twitter” səhifəsində təyyarənin qalıqlarının şəklini yerləşdirərək qeyd edib: “Qəza yeri”.

Onun sözlərinə görə, qalıqlar Mustanq rayonu ərazisində tapılıb. Fotoda təyyarənin tamamilə məhv olduğu görünür.

Xatırladaq ki, təyyarədə üç ekipaj üzvü və 19 sərnişinin, o cümlədən 13 Nepal, dörd Hindistan və iki Almaniya vətəndaşının olduğu məlum idi.

Təyyarə bazar günü səhər Pokhara hava limanından Comsoma qalxıb, bir neçə dəqiqədən sonra onunla əlaqə kəsilib.

  •  (0)
  •  (0)