Gorus rəsmisi Azərbaycan ordusunun Qaragöl istiqamətində irəlilədiyini təsdiqləyibbackend

Gorus rəsmisi Azərbaycan ordusunun Qaragöl istiqamətində irəlilədiyini təsdiqləyib

“Azərbaycan ordusu gecə Sünik vilayətinin İşxanasar kəndi istiqamətində irəliləyib”.

 

Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Gorus şəhərinin başçısının müavini Menua Hovsepyan deyib.

Hovsepyan bu anda İşxanasar istiqamətində döyüşlər getdiyi barədə məlumatı təkzib edib.

“Bənzər şey yoxdur. Hazırda hər şey sakitdir, sadəcə onlar çox irəli gəliblər. Danışıqlar gedir, döyüşlər getmir. Bizim orada əsgərimiz olmayıb ki, döyüşlər olsun. Ərazi boş olub, kiminlə döyüş aparaydılar ki”, – deyə Menua Hovsepyan qeyd edib.

  •  (0)
  •  (0)