“Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək” – Erməni politoloqbackend

“Gorus-Qafan yolu bağlansa, Ermənistan çökəcək” – Erməni politoloq

Gorus-Qafan avtomobil yolunda Azərbaycan polisinin nəzarəti gücləndirməsi Ermənistanda gərginlik yaradır.  İrandan gələn xeyli sayda yük avtomobilinin postda saxlanılaraq yoxlanılması erməniləri  təşvişə salıb. 

Hokm.az Unikal.org-a  istinadən xəbər verir ki, erməni politoloq Yervand Bozoyan bununla bağlı mətbuata açıqlama verib.  Belə  ki,  politoloqun sözlərinə  görə, Gorus-Qafan yolu bağlanması  Ermənistanın bir növ çökməsinə  səbəbdir.

“Ermənistan hakimiyyəti məsuliyyət hissinə malik olsaydı, strateji Gorus-Qafan avtomobil yolunu əlində saxlayardı. Azərbaycan isə hər zaman göstərir ki, istənilən an Ermənistana öz iradəsini diktə edə bilər. Məsələn, yolu kəsərlər. Bu yol ölkənin birbaşa iqtisadi çöküşünə səbəb olan arteriya damarıdır”.

  •  (0)
  •  (0)